PORTFOLİO
Təranə Seid bilavasitə rəsm üzərindən ornamentləri aydın şəkildə əks etdirir ki, bu da bir neçə əsərin özəl xüsusiyyətini vurğulayır. Nar, qızılgül, tarla güllərini təsvir edən çoxsaylı kətanlarda qırmızı rəngin bütün çalarları şölələnib yanır. Qızılı günəş ləkələri dərin suda, balıqların pulcuqlarında, ekzotik quşların lələklərində oynayır... Epizodik soyuq tonlar isə həyatın bu təntənəsini yalnız vurğulayır: açıq sarı,
demək olar ki, dümağ qızılgül ləçəkləri, şəffaf vaza şüşəsində iti işıq ləkələri, farfor üzərində
rəngdən-rəngə çalan mavi naxışlar...
Zəngin və dolğun tonları olan geniş, yayğın və şişkin yaxmalar Təranə Seidin əsərlərini ötən əsrin ustad rəssamların kətanları ilə doğmalaşdırır və sözün əsl mənasında, kətana büsbütün hopmuş qızılı çalarları bu çalarlara qarşı coşqun meylləri ilə mükəmməl ahəngdarlıq təşkil edir.





RƏSSAM HAQQINDA
Dörd ildən sonra, rəssam diplomunu alan Təranə Seid şəxsi yaradıcılıq ilə məşğul olmağa başlayır və müxtəlif qrup sərgilərində iştirak etməklə, incəsənət dünyasına axıb qarışır. Zaman ötdü və artıq bu gün, Təranə Seyid, ilk dəfə öz fərdi vernisajı çərçivəsində əsərlərini ictimaiyyətin diqqətinə təqdim etməyə tam olaraq hazırdır.
Rəssamın ən sevimli janrlarından biri də natürmortdur. Rəssamın barlı bağçaların meyvələri, zəmilərin gözəlliyinə olan heyranlığı digər janrlara da nüfuz edir; burada insan, sanki özü ilə təbiətin möhtəşəm cah-calalını yalnız tamamlayır, mənzərəli görüntülər isə sadəcə onun mövsümi dəyişikliklərini ifadə etmək üçün bir səbəbdir.

