Natürmort
Rəssam Təranə Seidin ən sevimli janrlarından biri də natürmortdur. Rəssamın barlı bağçaların meyvələri, zəmilərin gözəlliyinə olan heyranlığı digər janrlara da nüfuz edir; burada insan, sanki özü ilə təbiətin möhtəşəm cah-calalını yalnız tamamlayır, mənzərəli görüntülər isə sadəcə onun mövsümi dəyişikliklərini ifadə etmək üçün bir səbəbdir. Nar, qızılgül, tarla güllərini təsvir edən çoxsaylı kətanlarda qırmızı rəngin bütün çalarları şölələnib yanır. Qızılı günəş ləkələri dərin suda, balıqların pulcuqlarında, ekzotik quşların lələklərində oynayır... Epizodik soyuq tonlar isə həyatın bu təntənəsini yalnız vurğulayır: açıq sarı, demək olar ki, dümağ qızılgül ləçəkləri, şəffaf vaza şüşəsində iti işıq ləkələri, farfor üzərində rəngdən-rəngə çalan mavi naxışlar...