top of page

Kompozisiya

Rəssamın yarradıcılığında “sürrealistik” detallar var. Yeri gəlmişkən, müəllifin sənaye mənzərələri, “insanlar və maşınlar” mövzusunda düşüncələri də az deyil. Təranənin nəqliyyat vasitələrini, vintaj avtomobil və motosikletləri əks etdirən rəsm əsərləri də var.

 

Təranə Seid bilavasitə rəsm üzərindən ornamentləri aydın şəkildə əks etdirir ki, bu da bir neçə əsərin özəl xüsusiyyətini vurğulayır. Nar, qızılgül, tarla güllərini təsvir edən çoxsaylı kətanlarda qırmızı rəngin bütün çalarları şölələnib yanır. Qızılı günəş ləkələri dərin suda, balıqların pulcuqlarında, ekzotik quşların lələklərində oynayır...

bottom of page