Mənzərə
Təranə Seidin peyzajlarının əksəriyyəti dəniz mənzərələrini əks etdirir. Bu isə təəccüblü deyil, çünki bütün bunlar Bakının mənzərələridir. Burada dənizin mavi rəngi, səmanın rəngi ilə birləşir... Onları bir-birindən yalnız qumlu sahilinin sarımtıl zolağı, Bakı xalçaçılıq qrupunun yaratdığı xalçaların ciddi koloritini xatırladan element ayırır. Gecə peyzajı isə daha dərin təəssürat bəxş edir. Burada, torpaq və su üzərindəki liman tikililərinin qızılı işıqları, adda-budda yük kranların ucalan qolları, sarı ayın dəyirmiliyi ilə həmahəng səslənir...
Burada nəsə “sürrealistik” bir məna var. Yeri gəlmişkən, müəllifin sənaye mənzərələri, “insanlar və maşınlar” mövzusunda düşüncələri də az deyil. Təranənin nəqliyyat vasitələrini, vintaj avtomobil və motosikletləri əks etdirən rəsm əsərləri də var.